loading

PTUST

Uğurun
nişanı

EST. 2008

Haqqımızda

Aptust şirkəti, həqiqətən, yeni nəsil xidmətləri göstərməklə, biznes məqsədlərini yerinə yetirən müxtəlif çeşidli sektorlar üzrə xidmətlər təqdim edən geniş spektrli şirkətdir. Biz bilirik ki, hər bir sifarişçinin və təşkilatın tələblərinə cavab verəcək xidmət yoxdur və məhz buna görə də, biznesin həcmindən və ya sənaye sektorundan asılı olmayaraq sifarişçilərimizin fərdi tələblərini təmin etmək baxımından xidmət yönümlü həll yollarını müəyyən etmək və yerinə yetirmək məqsədilə sifarişçilərin problemlərini başa düşmək üçün onlarla iş aparırıq. Aptust – sizin biznesiniz və parlaq gələcəyiniz üçün uğur nişanıdır.

Bu rəqabətədavamlı mühitdə bizə tam olaraq məlumdur ki, müştərilər daha sürətli, daha yaxşı, dayanıqlı və qiymətdə sərfəli xidmətlər ilə məhdudlaşmırlar. Bu səbəbdən biz müştərilərimizin diqqətini ümumi xidmətlərin göstərilməsinə yönəldirik.

Müştərilərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir və biz hər zaman onlara mümkün yüksək standartlara cavab verən keyfiyyətli məsləhətlər verməyə və dostcasına xidmət göstərməyə çalışırıq.

Biz, gündəlik əməliyyatları maneəsiz və səmərəli şəkildə sadələşdirmək və idarə etmək məqsədilə sifarişçilərimizi qabaqcıl və asan istifadə olunan xidmətlər ilə təmin edirik.

Texnologiya və rəqəmsal xidmətlər, mühəndislik, texniki təchizat, treyninq və peşəkar inkişaf proqramı və ya hər hansı digər xidmətlər göstərən fərqli istiqamətlər üzrə geniş təcrübəyə malik olmaqla, bizim hədəfimiz hər zaman zəngin, faydalı təcrübələr təklif etmiş olduğumuz müştərilərə nail olmaqdan ibarətdir.

Aptust vasitəsilə biz inanırıq ki, sifarişçilərin məqsədlərinə nail olunmasına aydın şəkildə nəzarət etmək əsas əhəmiyyət kəsb edir və müvəffəqiyyətə aparan yolun açarıdır. Bundan əlavə, biz, nəinki müştərilərimizi özümüzə yönəltməklə deyil, həmçinin onlar tərəfdən bizi digər müştərilərə istiqamətləndirməklə müştərilərimizin ümidlərini yüksək səviyyədə doğrultmağı vacib hesab edirik.

Əsas Dəyərlər

Aptust şirkətinin qərarlar verən zaman bizi istiqamətləndirən əsas dəyərləri vardır. Biz onları MBİD (Müştəri-Bütövlük-İnsanlar-Davamlılıq) adlandırırıq. Biz əmin edirik ki, bütövlüyü riskə atmadan, insanlarımızın gördüyü işi qiymətləndirərək, həmçinin şirkətimizə, cəmiyyətimizə və mühitimizə sadiq qalaraq müştərilərimizin bütün tələblərini təmin edirik.

Bizim Dəyərlərimiz

Müştəri - bizim müştərilərin işgüzarlılığının təkmilləşdirilməsi, uzunmüddətli münasibətlərin yaradılması və gəlirin saxlanılması. Bizim bütün xidmətlər müştərilərin tələbatlarına və onların bacarıqlarına əsaslanır. Sifarişçimizin şirkətinin böyük və ya kiçik olmasına baxmayaraq, biz fərdi şəkildə bütün problemlərimizə doğru yönəlirik və xidmətlər göstəririk. Müştərimizin müvəffəqiyyəti bizim müvəffəqiyyətdir və parlaq gələcəyə töhfə vermək məqsədilə öz resurslarımızdan istifadə edirik.

Bütövlük - Biz başa düşürük ki, Aptust şirkətində nəyisə qurmaq onun uzun müddət sakit şəraitdə işləməsinə əmin olmaqdan daha asandır. Ona görə də, bütövlük də çox vacibdir. Müştərilərimizin biznesinin, gəlirinin və münasibətlərinin bütövlüyünü idarə etmək Aptust şirkətinin diqqət yetirdiyi əsas məsələlərdən biridir.

İnsanlar - Onlar yalnız bizim şirkəti deyil, həmçinin müştərilərimizin şirkətini idarə edən biriləridir. Beləliklə, insanları qane etmək sizin Aptust şirkətində cəlb oluna bildiyiniz hər hansı biznes sahəsində müvəffəqiyyətə aparan açardır və insanların öz məqsədlərinə doğru inkişafa həsr olunur, ona görə də, şirkətin inkişafı onların inkişafıdır. Üzv olduğumuz cəmiyyətə verdiyimiz töhfələr bizim üçün də çox vacibdir.

Davamlılıq - Bu günkü dünyada bütün təşkilatlar dünyanın davamlılıq hədəflərindən geri qalmamağa çalışmaqdadır. Davamlılıq Aptust şirkətini özünün qərar qəbul etmək prosesində elə istiqamətləndirir ki, onun hər hansı şirkətlə eyni səviyyədə olmasına aparır. Daha davamlı biznes strategiyalarına doğru işləyən müştərilər uzun müddət qalib gəlir və ona görə də, Aptust şirkəti bu istiqamətdə sizə yardımçıdır.

Aptust Təklif Edir

Texnologiya və Rəqəmsal Xidmətlər - Sənin məqsədinin rəqəmsal innovasiyanı idarə etməkdən, əsas biznesi rəqəmsallaşdırmaqdan və dəstəkləməkdən, mürəkkəbliyi və riski azaltmaqdan, sifarişçinin təcrübəsini təkmilləşdirməkdən, IT təcrübəsindən daha çox yararlanmaqdan və ya çevik praktikanı birləşdirməkdən ibarət olub-olmamasından asılı olmayaraq, biz biznes dəyərlərinin və İnformasiya Texnologiyalarına keçidin artırılması və onların imkanları ilə bağlı sahəni müəyyən edə bilərik.

Muhəndislik - Bizim təcrübəmiz, mühəndislik xidmətləri üzrə bütöv çatdırılma (və ya xidmət göstərmə) mərkəzlərini inkişaf etdirmək və idarə etmək məqsədilə yerinə yetirilmə məsələlərinə əsaslanan mühəndislikdən başlayaraq xüsusi sahədə hərtərəfli araşdırmanı əhatə edir. Bizim fərdi müvəffəqiyyətimiz və şirkətin müvəffəqiyyəti hər zaman yaşıdlarımız, işçilərimiz və sifarişçilərimiz ilə birlikdə əməl etdiyimiz şəxsiyyətlərarası dəyərlər ilə yanaşı çalışdığımız sahəni texniki cəhətdən dərindən başa düşməyimizə əsaslanır.

Texniki təchizat - Biz, sizin aktivlərinizin həyat dövriyyəsinin və effektivliyinin artırılmasına yönəldilən qiymətdə səmərəli texniki təchizat xidmətlərini təklif edirik. Bu xidmətlər texniki sahədə ixtisaslaşmış və xidməti istiqamətləndirilmiş işçi heyəti tərəfindən göstərilir və sifarişçinin xüsusi tələbatlarına yönəldilmişdir. Sifarişçilərlə tərəfdaşlıq etməklə biz minimal boşdayanma, aşağı faktura xərclərinə nail olmaq, həmçinin büdcədə gözlənilməyən xərcləri azaltmaq baxımından texniki təchizat prosesini asanlaşdıran paketləri işləyib hazırlayırıq. Bu yanaşma müştərinin sifarişinin sisteminin maksimum müddətdə yerinə yetirilməsinə zəmanət verir və meydana gələ bilən hər hansı pozulmaya ani reaksiya verir.

Treyninq və Peşəkar İnkişaf Proqramı - Bu reallıqda işçilər ardıcıl və tam şəkildə xidmət göstərməyə hazır olmasalar, hətta mükəmməl texnologiyalar və proseslər dəyərini itirir. İşçinin treyninq proqramları müştərinin işgüzar məqsədlərinə yönəldilməli və biznes problemlərini həll etməlidirlər. Eyni zamanda, onlar fəaliyyət göstərdikləri tərzdə işçiləri cəlb etməlidirlər. Bizim hər bir biznes sahəsi üçün yaxşı təşkil edilmiş və böyük praktik əhəmiyyətli treyninq proqramları baxımından geniş təcrübəmiz vardır. Böyük dəyişikliyə can atmaq, işçinin inkişaf proqramı və ya hazırkı treyninq proqramlarını təkmilləşdirmək üçün treyninq sahəsində dəstəyə tələbatınızın olub-olmamasından asılı olmayaraq, biz ən mürəkkəb ideyaların belə insanların asan başa düşəcəyi tərzdə necə parçalanmasını bilirik.

Təchizat İdarə Edilməsi və Satınalma - Aptust'un portfeli, satınalma və logistika, strateji kadrların inkişafı və uyğunluq, risklərin idarə edilməsi və vergi optimallaşdırılması üçün xüsusi təşkilati model və həllərin yaradılması qədər bütün dəyər zəncirini əhatə edir. Güclü yerli mövcudluğumuz Aptust-a hər hansı bir şirkət üçün tədarük və təchizat zəncirinin idarə edilməsi məsələlərində məsləhətçi kimi güclü bir mövqe qoyur. Təchizat Zəncirinin İdarə edilməsi üçün Aptust, bütün dəyər zənciri boyunca bütün sektorlardan olan şirkətlərin vahid optimallaşdırılması üçün strukturlaşdırılmış, yenilikçi xidmətlər təqdim edir. Satınalmalara gəldikdə, Aptust, satınalma əməliyyatınızdakı təşkilati quruluşu və prosesləri daha peşəkar hala gətirməyə və davamlı əmanətləri təmin etməyə kömək edir

Əlaqə

  • E-Poçt

    info@aptust.com

  • Ünvan

    Akademik Həsən əliyev 82/22
    Bakı, Azərbaycan AZ 1110

  • Tel

    +99450 506-55-28

Bizə yazın